​Britaniya və ABŞ hərbçiləri Qazaxıstan ordusuna təlim keçəcək

​Britaniya və ABŞ hərbçiləri Qazaxıstan ordusuna təlim keçəcək Təlimlər bu ilin aprelində başlayacaq
Region
10 Mart , 2015 20:58
​Britaniya və ABŞ hərbçiləri Qazaxıstan ordusuna təlim keçəcək

Bakı. 10 mart. REPORT.AZ/ Britaniya və ABŞ hərbçiləri "Çöl qartalı-2015" hərbi tədbiri zamanı Qazaxıstan Hərbi Silahlı Qüvvələrinin qərargahlarında təlim keçəcəklər.

"Report" "Newskaz"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, bu təlim iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə Britaniya Silahlı Qüvvələri Qazaxıstanın piyada tağımlarına taktiki təlim keçəcək. Eyni zamanda, ABŞ Silahlı Qüvvələrinin hərbçiləri Qazaxıstanın hərbi briqada və batalyon qərargahlarını ikinci mərhələyə hazırlayacaqlar.

Məlumata görə, təlimlər bu ilin aprelində başlayacaq. 

Son xəbərlər

Orphus sistemi