Yuxarı

​Britaniya İrandakı səfirliyinin fəaliyyətini bərpa edir

Britaniyanın xarici işlər naziri Filip Hammond açılışı mərasimində iştirak edəcək

Bakı. 20 avqust. REPORT.AZ/ Avqustun 23-də Britaniya Tehrandakı səfirliyinin işini bərpa etmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, Britaniyanın xarici işlər naziri Filip Hammond səfirliyin təntənəli açılış mərasimində iştirak edəcək.

Qeyd edək ki, Britaniya 2011-ci ildə İrandakı səfirliyini bağlamışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi