Böyük Britaniyanın XİN başçısı İrana səfər edəcək

Böyük Britaniyanın XİN başçısı İrana səfər edəcək Boris Conson bu ölkənin son 14 ildə İrana üçüncü səfər edəcək XİN başçısı olacaq
Region
8 Dekabr , 2017 11:42
Böyük Britaniyanın XİN başçısı İrana səfər edəcək
Getty Images

Bakı. 8 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın xarici işlər naziri Boris Conson dekabrın 9-da İrana səfər edəcək.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, o, səfər zamanı İran Konstitusiyasının tələblərini pozduğuna görə 5 il həbs cəzasına məhkum edilən xeyriyyə hərəkatının fəalı, Böyük Britaniya vətəndaşı Nazənin Zaqari-Ratkliffin azad olunması məsələsini müzakirə etmək üçün iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşməyi planlaşdırır.

Səfər ərəfəsində B.Conson onun azad edilməsi üçün hər cür səy göstərəcəyinə söz verib.

Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın son 14 ildə İrana üçüncü səfər edəcək XİN başçısı olacaq.

N.Zaqari-Ratkliff "The Thomson Reuters" Fondunun əməkdaşıdır. Onun işi üzrə növbəti məhkəmə iclası dekabrın 10-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi