Bakı. 12 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond Türkiyəyə səfər edəcək.
"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, səfər Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun dəvəti əsasında yanvarın 14-15-də gerçəkləşəcək.
F.Hammond səfər çərçivəsində türkiyəli həmkarı ilə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə də görüşəcək.
Görüşlərdə Türkiyə ilə Böyük Britaniya arasında əlaqələrin daha da inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.