Böyük Britaniya ilə İran arasında saxlanılan tanker məsələsi müzakirə olunacaq

Böyük Britaniya ilə İran arasında saxlanılan tanker məsələsi müzakirə olunacaq Böyük Britaniya hökuməti İran tərəfindən ötən həftə saxlanılan tankerin azad olunması məsələsini müzakirə etmək məqsədilə vasitəçi göndərib.
Region
24 İyul , 2019 14:28
Böyük Britaniya ilə İran arasında saxlanılan tanker məsələsi müzakirə olunacaq

Böyük Britaniya hökuməti İran tərəfindən ötən həftə saxlanılan tankerin azad olunması məsələsini müzakirə etmək məqsədilə vasitəçi göndərib.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə məlumat verən İran ali dini liderinin ofisinin nümayəndəsi Məhəmməd Məhəmmədi-Gülpayeqani istehzalı tərzdə qeyd edib:

“Bir vaxtlar İranda nazirləri və idarəçiləri təyin etmiş ölkə artıq öz gəmisini azad etməyə yalvarmaq üçün vasitəçi yollayacaq bir hala gəlib”.

Xatırladaq ki, ötən cümə - iyulun 19-da İran Böyük Britaniya bayrağı ilə gedən “Stena İmpero” tankerini balıqçı gəmisilə toqquşduğunu əsas gətirərək həbs etmişdi. Həmin gündən iki ölkə arasında gərginlik yaranıb.

Son xəbərlər

Orphus sistemi