Bakı. 17 avqust. REPORT.AZ/ Bosfor boğazında yük gəmisi ilə kater toqquşub.
"Report" Haberturk-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında İstanbulun Sarayburnu rayonu sahillərində baş verib.
Nəticədə Türkiyə Sahil Mühafizə Xidmətinin 3 əməkdaşı ölüb, 4-ü yaralanıb.
Hadisədən sonra ölmüş bir nəfərin meyiti və ikisinin vəziyyəti ağır olmaqla 6 yaralı sudan çıxarılıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, ağır yaralıların həyatını xilas etmək mümkün olmayıb.
FOTO: "Milliyet"