​Boris Nemtsov dəfn olunub

​Boris Nemtsov dəfn olunub Boris Nemtsovla vida mərasimi Moskvada Saxarov mərkəzinin zalında keçirlib
Region
3 Mart , 2015 17:27
​Boris Nemtsov dəfn olunub

Bakı. 3 mart. REPORT.AZ/ Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsovla vida mərasimi Moskvada Saxarov mərkəzinin zalında keçirlib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, zaldakı tabutun önünə Rusiya prezidenti Vladimir Putinin adından da əklil qoyulub.

Vida mərasiminə Boris Nemtsovun anası, övladları, silahdaşları, habelə Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç, hökumət aparatının rəhbəri Sergey Prixodko, kənd təsərrüfatı naziri Nikolay Fyodrov, baş nazirin mətbuat katibi Natalya Timkova, Rusiyadakı xarici dövlətlərin diplomatik korpusunun rəhbərləri, habelə bir sıra dövlətlərin keçmiş və indiki hökumət başçıları da qatılıb.

Boris Nemtsov Moskvada Troyekurov qəbiristanlığında dəfn olunub. Onun məzarı üstünə çoxlu sayda gül dəstələri, əklillər və Rusiyanın bayrağı qoyulub.

Son xəbərlər

Orphus sistemi