Bomba PKK-lıların əlində partladı: 1 ölü, 3 yaralı

Bomba PKK-lıların əlində partladı: 1 ölü, 3 yaralı Əli bədənindən ayrılan 23 yaşlı Vesyi Rüzgar Koç həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib
Region
6 Sentyabr , 2015 03:01
Bomba PKK-lıların əlində partladı: 1 ölü, 3 yaralı

Bakı. 6 sentyabr. REPORT.AZ/ Türkiyənin Batman vilayətində bu gecə terror aktı törətmək istəyən bir qrup PKK yaraqlısı daşıdıqları partlayıcı qurğunun vaxtından tez işə düşməsi nəticəsində xəsarət alıblar. "Report"un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Bakı saatı ilə 00.30-da baş verib.

Partlayış nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Belə ki, hadisə yerinə yollanan polis əməkdaşları dörd nəfərin yaralandığını aşkarlayıb. Əli bədənindən ayrılan 23 yaşlı Vesyi Rüzgar Koç həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi