Bolqarıstanda sərnişin qatarı yanıb, 80 nəfər təxliyyə edilib

Bolqarıstanda sərnişin qatarı yanıb, 80 nəfər təxliyyə edilib Yanğın Sofiya-Burqas marşrutu üzrə hərəkət edən sürət qatarının vaqonunda olub
Region
31 Mart , 2018 01:18
Bolqarıstanda sərnişin qatarı yanıb, 80 nəfər təxliyyə edilib

Bakı. 31 mart. REPORT.AZ/ Bolqarıstanın Konyovo stansiyası ərazisində Sofiya-Burqas marşrutu üzrə hərəkətdə olan sürətli sərnişin qatarının iki vaqonu yanıb.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstan Dəmir Yollarının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə yerli vaxtla axşam saat 20:00 radələrində, 8613 saylı Sofiya — Burqas sürət qatarının vaqonunda qeydə alınıb. Alov qatar Konyova stansiyasına daxil olan zaman dəmiryolçular tərəfindən sezilib. Qatarın sərnişinləri – təqribən 80 nəfər təxliyyə edilib.

Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi