​Bolqarıstan sığınacaq istəyən FETÖ üzvünü Türkiyəyə təhvil verib

​Bolqarıstan sığınacaq istəyən FETÖ üzvünü Türkiyəyə təhvil verib Mövlud Çavuşoğlu: "Hazırda onu Türkiyəyə gətiririk"
Region
10 Avqust , 2016 13:59
​Bolqarıstan sığınacaq istəyən FETÖ üzvünü Türkiyəyə təhvil verib

Bakı. 10 avqust. REPORT.AZ/ "Fətullahçı terror təşkilatının (FETÖ) fərarilərindən Abdullah Böyük adlı şəxsin sığınacaq istəyini Bolqarıstan rədd edib".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlıu "Anadolu" agentliyinə müsahibəsində deyib.

"Bolqarıstan hakimiyyəti onun Türkiyəyə verilməsi haqda qərar çıxarıb. Hazırda onu Türkiyəyə gətiririk", - deyə M.Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, Abdullah Böyük 1948-ci ildə Türkiyənin Sivas əyalətinin Zara bölgəsinin Tuzlagözü kəndində anadan olub. İbtidai təhsilini kənddə, orta və lisey təhsilini isə Sivas və Ərzurumda imamhatib məktəblərində alıb. 1974-cü ildə Konya Ali İslam İnstitutunu bitirib. Bu şəhərdə vaiz və müfti müavini işləyib. 1980-ci ildə hərbçilər tərəfindən həbs edilib. Həbsdən azad edildikdən sonra 1982-2002-ci illərdə müxtəlif xidmət işlərində olub. 

Son xəbərlər

Orphus sistemi