BMT: Ukrayna ətrafında davam edən gərginlik MDB ölkələrinin iqtisadi vəziyyətinə mənfi təsir göstərir

BMT: Ukrayna ətrafında davam edən gərginlik MDB ölkələrinin iqtisadi vəziyyətinə mənfi təsir göstərir 2014-cü ildə MDB-də iqtisadi inkişaf templəri geosiyasi gərginlik səbəbindən kəskin şəkildə azalıb
Region
20 Yanvar , 2015 10:45
BMT: Ukrayna ətrafında davam edən gərginlik MDB ölkələrinin iqtisadi vəziyyətinə mənfi təsir göstərir

Bakı. 20 yanvar. REPORT.AZ/ Ukrayna ətrafında artan gərginlik Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin iqtisadi inkişaf perspektivlərinə mənfi təsir göstərir. "Report" xəbər verir ki, bu barədə BMT-nin “2015-ci ildə dünyanın iqtisadi vəziyyəti və perspektivləri” (“World Economic Situation and Prospects 2015”) adlı yenilənən məruzəsində deyilir. 

Məruzənin müəllifləri qeyd edirlər ki, 2014-cü ildə MDB-də iqtisadi inkişaf templəri geosiyasi gərginlik səbəbindən kəskin azalıb. Məruzədəki məlumatlara əsasən, MDB və Gürcüstanda  ümumi daxili məhsulun (ÜDM) artım templəri 2013-cü ildəki  2,0%-dən 2014-cü ildə 0,8%-ə qədər azalıb. Ekspertlər inkişafın cüzi dərəcədə sürətlənməsini proqnozlaşdırırlar və 2015-ci ildə 1,1%-ə,  2016-cı ildə isə 2,1%-ə qədər artım gözləndiyini qeyd edirlər.

Məruzə müəlliflərinin fikrincə, Azərbaycanda iqtisadi artımın aşağı düşməsi əsasən neft hasilatı həcminin azalmasından irəli gəlib. 

Məruzədə deyilir ki, 2014-cü ildə Rusiya Federasiyasında iqtisadi artım dayanıb. Ekspertlər hesab edirlər ki, əhəmiyyətli dərəcədə valyuta ehtiyatları olan Moskva hazırkı iqtisadi sarsıntılara tab gətirə bilər, lakin qeyri-sabitliyin davam etməsi sərmayə qoyuluşu və onun həcmi üçün uzunmüddətli mənfi nəticələrə gətirib çıxaracaq. 

Ukraynada zəif iqtisadi artım istehsalatın xeyli azalması ilə izah olunur. Ölkənin cənub-şərqindəki münaqişə sənaye rayonları olan Donetsk və Luqansk vilayətlərində iqtisadi fəaliyyətə və sərmayə həcminə təsir edib, bu da ÜDM-nin kəskin azalmasına gətirib çıxarıb. Geosiyasi gərginliyin azalması və ölkədə istehsalatın sabitləşməsi şərtilə 2015-ci ildə birgə istehsalat həcminin bir qədər artması gözlənilir. Milli valyuta - qrivnanın kursunun düşməsi inflyasiyanın artmasına səbəb olub. Belə ki, 2014-cü ildə inflyasiya 10%-dən artıq olub. 

Belarusda da aşağı inkişaf templəri qeydə alınıb.  

Ukraynadakı böhranlı vəziyyət Qazaxıstanda da iqtisadi duruma mənfi təsir göstərib. 

Türkmənistanda "Qalkınış" qaz yatağının istifadəsi iqtisadi inkişafın sürətlənməsinə səbəb olub. Qazaxıstanı çıxmaq şərtilə digər Mərkəzi Asiya ölkələrində işsizlik səviyyəsi kəskin dərəcədə artıb. 

Məruzədə o da qeyd olunub ki, regionda iqtisadi inkişaf perspektivləri əsasən geosiyasi vəziyyətin dəyişməsi ilə müəyyən olunacaq.  

Son xəbərlər

Orphus sistemi