BMT Türkiyədə baş verən terror aktına münasibət bildirib

BMT Türkiyədə baş verən terror aktına münasibət bildirib Pan Ki Mun hücumu törədənlərin ən yaxın vaxtda yaxalanacağını və ədalət qarşısına çıxarılacağına ümid etdiyini deyib
Region
21 İyul , 2015 08:07
BMT Türkiyədə baş verən terror aktına münasibət bildirib

Bakı. 21 iyul. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatı Türkiyədə baş verən terror hadisəsinə münasibət bildirib.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, BMT-nin baş katibi Pan Ki Munun bəyanatında deyilir ki, mülki insanların hədəf alındığı terror hadisəsinin heç bir əsası ola bilməz.

Şanlıurfa vilayətinin Suruc rayonunda törədilən terror aktı zamanı ölənlərin qohumlarına, türk xalqına və Türkiyə hökumətinə başsağlığı verən BMT rəsmisi, hücumu törədənlərin ən yaxın vaxtda yaxalanacağına və ədalət qarşısına çıxarılacağına ümid etdiyini deyib.

Son xəbərlər

Orphus sistemi