BMT Təhlükəsizlik Şurası KXDR-in növbəti raket sınağını müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası KXDR-in növbəti raket sınağını müzakirə edəcək Samanta Pauer: "ABŞ və Yaponiya məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurası üzvlərinin görüşünü təşkil edəcək"
Region
3 Avqust , 2016 19:04
BMT Təhlükəsizlik Şurası KXDR-in növbəti raket sınağını müzakirə edəcək

Bakı. 3 avqust. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın (KXDR) növbəti raket sınağını müzakirə edəcək. 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, ABŞ və Yaponiya məsələ ilə bağlı avqustun 3-də BMT Təhlükəsizlik Şurası üzvlərinin görüşünü təşkil edəcək: "Biz günün ikinci yarısında yapon həmkarlarımızla birlikdə BMT Təhlükəsizlik Şurası üzvlərinin təcili görüşünü çağırmaq niyyətindəyik". 

Qeyd edək ki, Şimali Koreya bu gün səhər saatlarında Yapon dənizi istiqamətində ballistik raketin atışını həyata keçirib. BMT TŞ-nin qadağasına baxmayaraq Şimali Koreya cari ildə dəfələrlə ballistik raketlərin atışını həyata keçirib.

Son xəbərlər

Orphus sistemi