​BMT: Rusiyaya qoyulan xarici sərmayə 92 faiz azalıb

​BMT: Rusiyaya qoyulan xarici sərmayə 92 faiz azalıb Ötən il birbaşa xarici sərmayənin miqyası 1,7 trilyon dollar təşkil edib
Region
21 Yanvar , 2016 16:51
​BMT: Rusiyaya qoyulan xarici sərmayə 92 faiz azalıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Dünya üzrə xarici sərmayənin həcmi 36 faiz artdığı halda, Rusiyaya yatırılan birbaşa sərmayənin həcmi 92 faiz azalıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda BMT Ticarət və İnkişaf üzrə Konfransının hazırladığı illik hesabatda bildirilib.

Məlumata görə, ötən il birbaşa xarici sərmayənin miqyası 1,7 trilyon dollar təşkil edib. Bu, 2008-ci il böhranından sonra ən yüksək göstərici sayılır.

Ən çox sərmayə (384 milyard dollar) ABŞ iqtisadiyyatına qoyulub. İkinci yerdə Honkonq (163 milyard), üçüncü yerdə isə Çin (136 milyard dollar) gəlir. Sonrakı yerləri Niderland, Böyük Britaniya, Sinqapur, Hindistan, Braziliya, Kanada və Fransa tutur.

Son xəbərlər

Orphus sistemi