​BMT rəsmisi: "İranla nüvə razılaşması insan haqlarının qorunmasına nəzarəti gücləndirər"

​BMT rəsmisi: "İranla nüvə razılaşması insan haqlarının qorunmasına nəzarəti gücləndirər" Əhməd Şahid BMT İnsan Haqları Şurasının 28-ci sessiyasına İranda insan haqlarının vəziyyəti ilə bağlı xüsusi məruzə təqdim edib
Region
16 Mart , 2015 19:06
​BMT rəsmisi: İranla nüvə razılaşması insan haqlarının qorunmasına nəzarəti gücləndirər

Bakı. 16 mart. REPORT.AZ/ İranın nüvə probleminin tənzimlənməsi ilə bağlı razılaşmanın əldə edilməsi beynəlxalq ictimaiyyətə ölkədə insan haqlarının qorunmasının daha yaxşı izlənilməsinə nəzarət etməyə imkan verəcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şahid deyib.

Onun sözlərinə görə, İranın nüvə məsələsi ilə bağlı danışıqlardakı təhlükəsizliyi insan haqlarının qorunması ilə hələlik qarışdırmaq olmaz.

Xatırladaq ki, o, martın 16-da BMT İnsan Haqları Şurasının Cenevrədə keçirilən 28-ci sessiyasına İranda insan haqlarının vəziyyəti ilə bağlı xüsusi məruzə təqdim edib.

Məlumatda bildirilib ki, həmin hesabata əsasən, 2014-cü ildə İranda 753 nəfər edam olunub. Bu, son 12 ildə ən yüksək göstərici sayılır. 2013-cü ildə 687, 2012-ci ildə isə 580 nəfər edam edilib.

BMT-nin məruzəçisi İran hakimiyyətini siyasi məhbusların edam hökmlərini ləğv etməyə, vicdan məhbusları və uşaqların edamının birdəfəlik qadağan olunması haqda moratorium tətbiq etməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi