BMT: Ötən il İranda edam olunan insanların sayı rekord həddə olub

BMT: Ötən il İranda edam olunan insanların sayı rekord həddə olub Əhməd Şahid BMT İnsan Haqları Şurasında İranla bağlı hesabatını təqdim edib
Region
12 Mart , 2015 19:27
BMT: Ötən il İranda edam olunan insanların sayı rekord həddə olub

Bakı. 12 mart. REPORT. AZ/ Ötən il İranda edam olunan insanların sayı son 12 il ərzində rekord həddə çatıb və ən azı 753 nəfər təşkil edib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin İranda insan hüquqları sahəsində vəziyyətlə bağlı xüsusi məruzəçisi Əhməd Şahid bildirib. 

O bu gün Cenevrədə BMT İnsan Haqları Şurasında İranla bağlı hesabatını təqdim edib.

Xüsusi məruzəçi rəsmi Tehranı narkotiklərlə bağlı cinayət törətmiş, eləcə də yetkinlik yaşına çatmayan şəxslər barəsində ölüm hökmünün ləğv olunmasına dair məsələyə yenidən baxmağa çağırıb. 

Son xəbərlər

Orphus sistemi