Yuxarı

​BMT: Ötən həftə Aralıq dənizində 880 qaçqın boğularaq ölüb

Uilyam Spindler: Cari ilin əvvəlindən 2,5 min qaçqın Aralıq dənizində həyatını itirib

Bakı. 31 may. REPORT.AZ/ Ötən həftə Aralıq dənizində 880 qaçqın boğularaq ölüb. "Report" BBC-yə istinadən xəbər verir ki, bunu BMT-nin qaçqınların işi üzrə agentliyinin rəsmi təmsilçisi Uilyam Spindler deyib.

Onun sözlərinə görə, Avropaya çatmaq istəyən qaçqınlar ən çox onları aparan qayıqların dənizdə çevrilməsi zamanı həyatlarını itiriblər.

"Cari ilin əvvəlindən 2,5 min qaçqın Aralıq dənizində boğularaq ölüb. Ötən ilin uyğun dövründə onların sayı 1,8 min nəfər, 2014-cü ilin ilk 5 ayında isə 57 nəfər olub ", - deyə o vurğulayıb.

O qeyd edib ki, Afrikanın şimalından İtaliyaya getmək daha riskli olduğundan, onlar Türkiyədən keçərək Yunanıstana yerləşirlər: "Bu il Aralıq dənizindən 200 minə yaxın insan Avropaya keçib. Onların 3/4-ü Türkiyədən Yunanıstana keçənlərdir" . 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi