BMT nümayəndələri Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna buraxılmayıblar

BMT nümayəndələri Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna buraxılmayıblar Bakı. 29 yanvar. REPORT.AZ/ BMT-nin məhkəmədənkənar və kütləvi edamlar üzrə xüsusi məruzəçisi Anes Kallamardın başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına buraxılmayıb.
Region
29 Yanvar , 2019 13:59
BMT nümayəndələri Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna buraxılmayıblar
Hurriyet

Bakı. 29 yanvar. REPORT.AZ/ BMT-nin məhkəmədənkənar və kütləvi edamlar üzrə xüsusi məruzəçisi Anes Kallamardın başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına buraxılmayıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, nümayəndə heyəti Krallığın diplomatik missiyasının binasına xaricdən baxış keçirib.

Bir müddət əvvəl Anes Kallamard Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülən jurnalist Camal Qaşıqçının cinayət işini araşdırmaq üçün müstəqil beynəlxalq ekspertlərlə birlikdə Türkiyəyə səfər edəcəyini bildirmişdi. Araşdırmanın nəticələri 2019-cu ilin iyununda BMT-nin İnsan Hüquqları üzrə Şurasının sessiyasına təqdim ediləcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Əbdülhəmid Gül və İstanbulun Baş prokuroru İrfan Fidanla görüşəcək.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” qəzetinin müxbiri Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib, orada öldürülüb.

Son xəbərlər

Orphus sistemi