BMT Komitəsi Ermənistanda qadınların hüquqları ilə bağlı vəziyyəti nəzərdən keçirəcək

BMT Komitəsi Ermənistanda qadınların hüquqları ilə bağlı vəziyyəti nəzərdən keçirəcək İclasda qadınlara qarşı zorakılığın bütün formalarının aradan qaldırılması, yüksək işsizlik səviyyəsi və digər məsələlər müzakirə olunacaq
Region
2 Noyabr , 2016 18:11
BMT Komitəsi Ermənistanda qadınların hüquqları ilə bağlı vəziyyəti nəzərdən keçirəcək

Bakı. 2 noyabr. REPORT.AZ/ BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi Komitəsi (CEDAW) Ermənistanda qadınların hüquqları ilə bağlı vəziyyəti nəzərdən keçirəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, iclas noyabrın 4-nə təyin olunub.

Qadınlara və qızlara qarşı davamlı stereotiplər, qadınlara qarşı zorakılığın bütün formalarının aradan qaldırılması, yüksək işsizlik səviyyəsi, aşağı təhsilin səviyyəsi və etnik azlıqlara aid qadınların erkən nikaha girməsi məsələləri Komitə üzvləri və Ermənistan hökumətinin nümayəndə heyəti arasında müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi