​BMT İranı beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb

​BMT İranı beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb Təhlükəsizlik Şurası tərəfləri aralarındakı gərginliyi azaltmağa çağırıb
Region
5 Yanvar , 2016 09:29
​BMT İranı beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb

Bakı. 5 yanvar. REPORT.AZ/ "Təhlükəsizlik Şurası belə hücumlardan narahat olduğunu bildirərək, İran hakimiyyətini diplomatik və konsulluq mülkiyyəti, onun şəxsi heyətini qorunmağa, eləcə də bu sahədə beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır".

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda BMT Təhlükəsizlik Şurasının (TŞ) Səudiyyə Ərəbistanının İrandakı səfirlik və konsulluğuna hücumu pisləyən bəyanatında bildirilib.

Bəyanatda 1961 və 1963-cü illərdə qəbul edilmiş Vyana konvensiyasındakı diplomatik və konsulluq binalarının toxunulmazlığı prinsipləri də İrana xatırladılıb.

BMT TŞ Səudiyyə Ərəbistanı və İranı aralarındakı gərginliyi azaltmağa çağırıb. 

Son xəbərlər

Orphus sistemi