Bloqqer Aleksey Navalnı yeni partiya yaradır

Bloqqer Aleksey Navalnı yeni partiya yaradır Bakı. 3 aprel. REPORT.AZ/ Bloqqer Aleksey Navalnı və onun tərəfdarları İş Adı Partiyasının təsis qurultayının keçirilməsi barədə Rusiya Ədliyyə Nazirliyinə sənədlər təqdim ediblər.
Region
3 Aprel , 2018 17:58
Bloqqer Aleksey Navalnı yeni partiya yaradır

Bakı. 3 aprel. REPORT.AZ/ Bloqqer Aleksey Navalnı və onun tərəfdarları İş Adı Partiyasının təsis qurultayının keçirilməsi barədə Rusiya Ədliyyə Nazirliyinə sənədlər təqdim ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə A.Navalnı özünün "Telegram" kanalında Ədliyyə Nazirliyindən gələn məktubun fotoşəkilini yerləşdirməklə məlumat verib.

A.Navalnı qeyd edib ki, partiyanın adı sonradan dəyişdiriləcək.

Qeyd edək ki, A.Navalnı 2014-cü ilin əvvəlində Tərəqqi Partiyasını qeydiyyatdan keçirib, lakin 2015-ci ilin aprel ayında Partiya lazımi sayda regional bölmələrini vaxtında qeydiyyatdan keçirə bilmədiyinə görə Ədliyyə Nazirliyi onun qeydiyyatını ləğv edib. 

Son xəbərlər

Orphus sistemi