"Bloomberg": Vladimir Putinin yeni favoriti var

"Bloomberg": Vladimir Putinin yeni favoriti var Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin sələflərindən daha çox siyasi çəkiyə malikdir
Region
25 Avqust , 2017 17:46
Bloomberg: Vladimir Putinin yeni favoriti var

Bakı. 25 avqust. REPORT.AZ/ 2016-cı ilin sonlarından Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə (İİN) başçılıq edən Maksim Oreşkin ölkə başçısı Vladimir Putinin favoritinə çevrilib.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi prezidentin baxışları ilə tanış olan üç məmura istinad edərək məlumat yayıb.

Agentlik qeyd edir ki, böyük beynəlxalq forumlarda daim Rusiya prezidenti Vladimir Putinin yanında görünən nazir sələflərindən daha çox siyasi çəkiyə malikdir.

Fikirlərinə təsdiq kimi agentlik məhz M.Oreşkinin V.Putin ilə ABŞ prezidenti Donald Tramp arasında Hamburqda G20 sammiti çərçivəsində baş tutan ilk görüşünün detallarını açıqlaması faktını göstərir.

Eyni zamanda İİN başçısının iyul ayının sonunda Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyində Rusiyanın əsas nümayəndəsi kimi maliyyə naziri Anton Siluanovu əvəzləməsi faktı önə çəkilir.

M.Oreşkinin özü məsələyə şərh verməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi