Yuxarı

Putin: "Biz Gürcüstan rəhbərliyinin nümayəndələrini Moskvada görməyə şad olarıq"

Biz Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə dialoquna yardım etməyə hazırıq

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya Gürcüstan hökumətinin istənilən nümayəndəsini Moskvada görməyə şad olar. "Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi ilik mətbuat konfransında bildirib.

"Əgər Gürcüstan rəhbərliyi mümkün hesab edərsə, biz Gürcüstanın istər prezidenti, istər baş nazirini Moskvada görməyə şad olarıq", - Rusiya prezidenti deyib. 

V.Putin qeyd edib ki, Rusiya Gürcüstanın Abxaziyanın və Cənubi Osetiya ilə dialoquna yardım etməyə hazırdır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi