Türkiyə təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb - YENİLƏNİB-4 - VİDEO

Türkiyə təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb - YENİLƏNİB-4 - VİDEO Təyyarə təqribən 15 yaşayış evinin üzərinə düşüb
Region
16 Yanvar , 2017 09:56
Türkiyə təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb - YENİLƏNİB-4 - VİDEO

Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyə təyyarəsinin Qırğız Respublikasının paytaxtı Bişkekdə qəzaya uğraması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

“Report” AKİpress-ə istinadən xəbər verir ki, bunu Qırğız Respublikasının fövqəladə hallar naziri Kutabek Boronov bildirib.

Ölkənin Nəqliyyat Nazirliyi qəzaya uğrayan yük təyyarəsinin mərkəzi ofisi İstanbulda yerləşən “ACT” Hava Yolları yükddaşıma şirkətinə aid olduğu bəyan edilib.

Qırğız Respublikası baş nazirinin müavini Muhambetkalıy Abulkaziyevin sözlərinə görə, təyyarə Honk-Konq-Bişkek-İstanbul reysi üzrə uçurmuş.

*** 08:45

Türkiyəyə məxsus "Boeing 747" təyyarəsinin Qırğızıstanın Çuysk vilayətində qəzaya uğraması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

"Report" "AKİpress"ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini Məhəmmədkalıy Əbülqazıyev məlumat verib.

Ölənlərdən 28 nəfəri yerli sakin, 4 nəfəri təyyarənin heyət üzvləridir.

***08:10

Türkiyəyə məxsus "Boeing" təyyarəsinin Qırğızıstanın Çuysk vilayətində qəzaya uğraması nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın səhiyyə naziri Talantbek Batıraliyevə istinadən "AKİpress" məlumat yayıb.

***07:13

Türkiyəyə məxsus "Boeing 747" tipli yük təyyarəsinin Bişkekdə yaşayış evlərinin üzərinə düşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən "Kabar" agentliyi məlumat yayıb.

Məlumata görə, təyyarə təqribən 15 yaşayış evinin üzərinə düşüb. Ölənlər arasında 6-sı uşaq olmaqla 17 yerli sakin, həmçinin 3 heyət üzvü olub.

***

"Reuters"in Qırğızıstan hökumətinə istinadən verdiyi xəbərə görə, ölkənin Çuys vilayətində "Boeing 747" tipli yük təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 16 nəfər ölüb.

***06:41

Türkiyəyə məxsus olan və Honkonqdan gələn yük təyyarəsi Bişkekin Manas hava limanına eniş edən zaman qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin Böhranlı Vəziyyətlərin İdarəolunması İdarəsinin rəisi Məhəmməd Svarov məlumat verib.

"Yük təyyarəsi hava şəraitinin pis olması səbəbindən Manas hava limanında eniş edərkən qəzaya uğrayıb. Təyyarənin düşdüyü ərazidə bağ sahəsində yerləşən iki ev yanır", — deyə həmsöhbət bildirib.

Qəza Bakı vaxtı ilə 5:31-də baş verib. Hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub.

Heyət üzvlərinin aqibəti məlum deyil. Svarovun sözlərinə görə, təyyarədə iki pilot və texniki işçilərdən ibarət heyət üzvü olub.

Hava limanı işini adi qaydada davam etdirir.

TASS təyyarənin İstanbul-Bişkek marşrutu üzrə hərəkət etdiyini yazır.

Son xəbərlər

Orphus sistemi