Bişkekdə rusiyalı iş adamının avtomobilinin altında partlayış törədilib

Bişkekdə rusiyalı iş adamının avtomobilinin altında partlayış törədilib Bakı. 10 avqust. REPORT.AZ/ Qırğız Respublikasının paytaxtı Bişkekdə çoxmərtəbəli yaşayış binasının həyətində rusiyalı iş adamının avtomobilinin altında partlayış törədilib.
Region
10 Avqust , 2018 14:06
Bişkekdə rusiyalı iş adamının avtomobilinin altında partlayış törədilib

Bakı. 10 avqust. REPORT.AZ/ Qırğız Respublikasının paytaxtı Bişkekdə çoxmərtəbəli yaşayış binasının həyətində rusiyalı iş adamının avtomobilinin altında partlayış törədilib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Qırığız Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Hadisə yerində istintaq-əməliyyat qrupu və mütəxəssislər araşdırma aparırlar.

Qırğız Respublikasının “Kaktus” agentliyinin məlumatına əsasən, partlayış rusiyalı iş adamına məxsus “Lexus 570” markalı avtomobilin altında törədilib. Agentlik partlayış nəticəsində avtomobilə elə də ciddi ziyan dəymədiyini bildirib və aksiyanın iş adamını qorxutmaq məqsədi ilə törədildiyini ehtimal edib. 

Son xəbərlər

Orphus sistemi