Bişkekdə iki partlayıcı qurğu aşkarlanaraq, zərərsizləşdirilib

Bişkekdə iki partlayıcı qurğu aşkarlanaraq, zərərsizləşdirilib Hadisə ilə bağlı axtarış-əməliyyat tədbirləri davam etdirilir
Region
21 Sentyabr , 2016 09:59
Bişkekdə iki partlayıcı qurğu aşkarlanaraq, zərərsizləşdirilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Qırğız Respublikasının paytaxtı Bişkekin qərb hissəsində iki əldəqayırma partlayıcı qurğu aşkarlanaraq, zərərsizləşdirilib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Komitədən bildirilib ki, gecə saatlarında həyət evlərinin yaxınlığında şübhəli qara selofan torbanın olması haqda polisə məlumat daxil olub. 

İnformasiyaya görə, əməliyyat tədbirləri nəticəsində torbada iki partlayıcı qurğunun olduğu müəyyənləşdirilib. Partlayıcılar zərərsizləşdirlib, itki, dağıntı və xəsarət alan yoxdur.

Hadisə ilə bağlı axtarış-əməliyyat tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi