Birləşmiş Ştatlar İrana rəsmi xəbərdarlıq edib

Birləşmiş Ştatlar İrana rəsmi xəbərdarlıq edib ABŞ İranın ballistik raket sınağını pisləyir
Region
1 Fevral , 2017 23:28
Birləşmiş Ştatlar İrana rəsmi xəbərdarlıq edib

Bakı. 1 fevral. REPORT.AZ/ Birləşmiş Ştatlar İranın ballistik raket sınağını pisləyir, bu hərəkətlərin regionda təhlükəsizlik və stabilliyi pozduğunu hesab edir və bununla əlaqədar İslam Respublikasına rəsmi xəbərdarlıq edir.

"Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən gündəlik brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinn deyib.

"Biz rəsmi olaraq İrana xəbərdarlıq edirik... İran ABŞ və onun müttəfiqlərinə qarşı təhdidləri davam etdirir. Birləşmiş Ştatlar İranın Yaxın Şərq dövlətlərinin təhlükəsizliyi, stabilliyi və çiçəklənməsinə əngəl olan bu kimi hərəkətlərini pisləyir", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi