Binəli Yıldırım: "Rusiya İncirlik hərbi bazasından istifadə üçün müraciət etməyib"

Binəli Yıldırım: "Rusiya İncirlik hərbi bazasından istifadə üçün müraciət etməyib" "Türkiyə İranla birlikdə Suriyadakı vəziyyətin yaxşılaşması istiqamətində addımlar atmaq və Misirilə münasibətləri inkişaf etdirmək niyyətindədir"
Region
20 Avqust , 2016 16:55
Binəli Yıldırım: Rusiya İncirlik hərbi bazasından istifadə üçün müraciət etməyib

Bakı. 20 avqust. REPORT.AZ/ "Rusiya İncirlik hərbi hava bazasından itifadə ilə bağlı Türkiyəyə müraciət etməyib".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

Onun sözlərinə görə, Rusiyanın Türkiyənin aviabazasına ehtiyacı yoxdur: "Rusiya Hərbi-Kosmik Qüvvələrinin Suriyada yerləşmək imkanı var".

Baş nazir Türkiyənin hava sərhədini pozduğuna görə vurulan Rusiyanın "Su-24" döyüş təyyarəsi ilə bağlı hadisəni şərh edərkən bunu lüzumsuz böhran adlandırıb. 

O, Türkiyənin İranla birlikdə Suriyadakı vəziyyətin yaxşılaşması istiqamətində addımlar atmaq və Misirilə münasibətləri inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, İncirlik NATO-nun Türkiyədəki hərbi hava bazasıdır. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri terrorçuların Suriyadakı mövqelərini bombalamaq üçün bu bazadan istifadə edir.  

Son xəbərlər

Orphus sistemi