Binəli Yıldırım: "Referendum demokratik Türkiyə tarixində yeni səhifə açdı"

Binəli Yıldırım: "Referendum demokratik Türkiyə tarixində yeni səhifə açdı" Türkiyənin baş naziri Ankarada hakim partiyanın baş qərargahı qarşısında çıxış edib
Region
16 Aprel , 2017 23:24
Binəli Yıldırım: Referendum demokratik Türkiyə tarixində yeni səhifə açdı

Bakı. 16 aprel. REPORT.AZ/ "Türkiyədə keçirilən konstitusiya üzrə referendumun nəticələri xalqın iradəsini əks etdirir".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri, ölkənin baş naziri Binəli Yıldırım partiyanın Ankaradakı baş qərargahı qarşısına toplaşan vətəndaşlar qarşısında deyib.

Hökumət başçısı səsvermə prosesində neqativ insidentin qeydə alınmaması faktına diqqət çəkib.

"16 Aprel səsverməsi demokratik Türkiyə tarixində yeni səhifə açdı. Referendumun nəticələri ölkə sakinlərinin sabitliyi və rifahı naminə istifadə olunacaq", - deyə baş nazir bildirib.

Son xəbərlər

Orphus sistemi