Yuxarı
    Bağlamaq

    Bineli Yıldırım: "Qaziantepdəki terror aktının təşkilatçısı ilə bağlı səhih məlumat yoxdur"

    Terror aktının təşkilatçıları ilə bağlı ilkin ehtimal hələlik təsdiqini tapmayıb

    Bakı. 23 avqust. REPORT.AZ/ Rəsmi Ankara Qaziantepdə baş vermiş terror aktının hansı qruplaşma ilə bağlı olması haqda səhih informasiyaya malik deyil.

    Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin baş naziri Bineli Yıldırım bildirib.

    "Qaziantep şəhərində baş vermiş terror aktının arxasında hansı qruplaşmanın dayanması barədə səhih məlumatımız yoxdur" – deyə Türkiyənin baş naziri bildirib.

    Bineli Yıldırım əlavə edib ki, terror aktının təşkilatçıları ilə bağlı ilkin ehtimal hələlik təsdiqini tapmayıb.

    Qeyd edək ki, Türkiyənin Qaziantep şəhərində şənbə baş vermiş güclü partlayış 50 nəfərin həyatına son qoyub, onlarla insan xəsarət alıb.

    Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, ilkin ehtimala görə, terror aktının təşkilatçıları İŞİD qruplaşmasının üzvləridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi