Yuxarı

Bineli Yıldırım: "PKK üzvlərindən 40 ton narkotik maddə müsadirə edilib"

Terrorçular ölkəyə 10 milyard türk lirəsi zərər vurub

Bakı. 5 sentyabr. REPORT.AZ/ "Türkiyə polisi ölkənin cənub-şərqində keçirdiyi əməliyyatlar zamanı PKK terror təşkilatının üzvlərindən 40 tona yaxın narkotik maddə müsadirə edib".

"Report"un məlumatına görə, bunu Türkiyənin baş naziri Bineli Yıldırım deyib.

"Diyarbəkir, Siirt və Şırnak vilayətlərində keçirilmiş antiterror əməliyyatları zamanı 40 ton narkotik maddə müsadirə olunubb. PKK yaraqlıları bu qədər narkotik maddəni neynirlər? Narkotik vasitələr yalnız onların şəxsi istehlakı üçün nəzərdə tutulub" - deyə Bineli Yıldırım Türkiyə hökumətinin iclasındakı çıxışında bildirib.

O, əlavə edib ki, ölkənin cənub-şərqindəki əməliyyatlar zamanı 77 milyon çətənə kolu məhv edilib. narkotiklərin qanunsuz dövriyyəsinə görə 8561 nəfər saxlanılıb. Baş nazirin sözlərinə görə, müsadirə olunan narkotiklərin ümumi dəyəri, təxminən dörd milyard türk lirəsi (təxminən 1,3 milyard dollar) təşkil edir.

Baş nazir PKK-nın Türkiyə iqtisadiyyatına vurduğu ümumi ziyanı açıqlayıb. Onun sözlərinə görə, terrorçular ölkəyə 10 milyard türk lirəsi (təxminən 3,3 milyard dollar) zərər vurublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi