Yuxarı

Binəli Yıldırım girovluqdan azad edilən Baş Qərargah rəisi ilə birlikdə mətbuat konfransı keçirib

Baş nazir: “15 iyul demokratiya bayramıdır”

Bakı. 16 iyul.REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım mətbuat konfransı keçirib. 

"Report" xəbər verir ki, mətbuat konfransında qiyamçı hərbçilərin girovluğundan azad olunan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar da iştirak edib.

B.Yıldırım iyulun 15-i axşam saatlarından başlayan hadisələrin gedişatı və nəticləri ilə bağlı məlumat verib.

O deyib ki, Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi dövlət çevrilişinə cəhdi dəstəkləməyib: "Bunu Silahlı Qüvvələrin tərkibində formalaşmış və "paralel qrup" üzvü olan bir qrup törədib".

Baş nazir bildirib ki, çevrilişə cəhdin qarşısının alınmasında fədakarlıq göstərdiklərinə görə, Türkiyə xalqına təşəkkür edib: "Meydanlara çıxan vətəndaşların alnından öpürəm. Onlar terror qruplaşmasına ən gözəl cavabı veriblər. 15 iyul demokratiya bayramıdır. Bu hadisədə qəhrəmancasına həlak olanlara rəhmət, yaralılara şəfa diləyirəm. Biz böyük bəlanı dəf etdik".

B.Yıldırım vurğulayıb ki, dövlət çevrilişinə cəhdin qarşısının alınması Türkiyənin demokratiya yolunda nə qədər böyük məsafə qət etdiyini və bu sahədə böyük təcrübəyə malik olduğunu göstərib. 

Baş nazir Türkiyəyə dəstək olan xarici dövlətlərə də təşəkkürünü bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi