Yuxarı
    Bağlamaq

    Binəli Yıldırım: "Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a 4 dəfə müraciət edilib"

    Niyə Ben Laden üçün sübut axtarmırsınız, amma Fətullah terror təşkilatı üçün israrla dəlil istəyirsiniz?

    Bakı. 19 iyul. REPORT.AZ/ "Türkiyə Ədliyyə Nazirliyi Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a 4 dəfə müraciət edib". 

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.  

    "Biz ABŞ-a müraciət etdik, zəruri sənədləri göndərdik. Bizdən dəlil təqdim etməyimizi istəyirlər. Axı görünən kəndə nə bələdçi? Ancaq biz yenə də onlara istədikləri qədər dəlil təqdim edəcəyik. Siz 11 sentyabrda əkiz qüllələr vurulanda terrorçuları tələb edərkən dəlilmi istədiniz? Niyə Ben Laden üçün sübut axtarmırsınız, amma Fətullah terror təşkilatı üçün indi israrla dəlil istəyirsiniz? Bu canini, xaini artıq qorumaqdan vaz keçin. Bunun sizə, insanlığa və İslamiyyətə faydası yoxdur. Bu kölgə terror təşkilatı heç bir ölkə üçün əlverişli maşa deyil. Ona görə də boşuna bəsləməyin. Bunların kökünü qazıyacağıq. Heç bir xain və separatçı terror təşkilatı əziz millətimizə xəyanət etmək cəsarətini göstərə bilməyəcək", - deyə B.Yıldırım vurğulayıb. 

    Baş nazir Avropa ölkələrinə də səslənib: "Avropalı dostlarımıza hərbi çevriliş əleyhinə verdikləri açıqlamalarına görə təşəkkür edirik. Ancaq onların bəzi yanaşmalarından xoşlanmadıq". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi