​Binəli Yıldırım: "Ərdoğan bu həftə Putinlə danışıqlar aparacaq"

​Binəli Yıldırım: "Ərdoğan bu həftə Putinlə danışıqlar aparacaq" İki ölkə prezidenti arasında telefon danışığı baş tuta bilər
Region
28 İyun , 2016 04:47
​Binəli Yıldırım: Ərdoğan bu həftə Putinlə danışıqlar aparacaq

Bakı. 28 iyun. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə rusiyalı həmkarı Vladimir Putin ilə telefon söhbəti edə bilər.

"Report" xəbər verir ki, bu barədə məlumat baş nazirin rəsmi "Twitter" səhifəsinə yerləşdirilib.

"Bu böhran Türkiyə və Rusiya xalqları üçün xoş deyil. Bizim prezident ya çərşənbə günü, ya da cümə axşamı cənab Putin ilə telefon danışığı aparacaq", - deyə Yıldırım söyləyib.

Son xəbərlər

Orphus sistemi