Binəli Yıldırım: "ABŞ Suriyada terrorçulardan ibarət ordu yaratmaqla bağlı qərarını dəyişdirməlidir"

Binəli Yıldırım: "ABŞ Suriyada terrorçulardan ibarət ordu yaratmaqla bağlı qərarını dəyişdirməlidir" Türkiyənin baş naziri: “Son üç gün ərzində ABŞ rəsmiləri ard-arda bir-birini təkzib edən fərqli açıqlamalar veriblər”
Region
18 Yanvar , 2018 12:52
Binəli Yıldırım: ABŞ Suriyada terrorçulardan ibarət ordu yaratmaqla bağlı qərarını dəyişdirməlidir
Türkiyənin baş naziri Binəli Yıldırım / Aa

Bakı. 18 yanvar. REPORT.AZ/ “Son üç gün ərzində ABŞ rəsmiləri ard-arda bir-birini təkzib edən fərqli açıqlamalar veriblər”.

“Report” “Sabah” qəzetinə istinadən bildirir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. 

ABŞ-ın Suriyada terrorçulardan ibarət ordu yaratmaqla bağlı qərarı haqqında Vaşinqton rəsmilərinin son açıqlamalarına münasibət bildirən baş nazir bu addımı yenidən tənqid edib: “ABŞ-ın atdığı addımlar müttfqiləyə yaraşmır. ABŞ qərarını dəyişdirməlidir. Son 3 gündə Birləşmiş Ştatlar rəsmiləri tərəfindən ard-arda fərqli bəyantlar verilib. ABŞ bu qeyri-müəyyənliyi aradan qaldırmalıdır”.

Qeyd edək ki, ABŞ bir müddət əvvəl terrorçu PKK qruplaşmasının Suriyadakı qolları YPG və PYD-dən formalaşan “Suriya Demokratik Qüvvələri”nin silahlıları əsasında 30 minlik “sərhəd təhlükəsizlik qoşunu” yaratmaq niyyətində olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi