Bineli Yıldırım ABŞ-ı Fətullah Gülənin ekstradisiyasını sürətləndirməyə çağırıb

Bineli Yıldırım ABŞ-ı Fətullah Gülənin ekstradisiyasını sürətləndirməyə çağırıb Türkiyə bu prosesin sürətləndirilməsini istəyir
Region
20 Avqust , 2016 20:23
Bineli Yıldırım ABŞ-ı Fətullah Gülənin ekstradisiyasını sürətləndirməyə çağırıb

Bakı. 20 avqust. REPORT.AZ/ "Bu adam çevrilişə cəhdin lideri idi. Biz nə gözləyirik? İki ölkə arasındakı razılaşma ortadadır".

"Report"un "Daily Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Bineli Yıldırım deyib.

Türkiyənin baş naziri ABŞ-ı Fətullahçı terror təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ekstradisiya prosesinə tez başlamağa çağırıb.

O, bildirib ki, Türkiyə bu prosesin sürətləndirilməsini istəyir.

Qeyd edək ki, Fətullah Gülən və tərəfdarları iyulun 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd edib. Nəticədə 246 nəfər həlak olub, 2000-dən çox insan yaralanıb. 

Son xəbərlər

Orphus sistemi