Abdullah Gül Türkiyənin baş naziri, parlament sədri və prezidentlə görüşəcək - YENİLƏNİB

Abdullah Gül Türkiyənin baş naziri, parlament sədri və prezidentlə görüşəcək - YENİLƏNİB Sabiq prezident həmçinin Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hülusi Akarla da bir araya gələcək
Region
21 İyul , 2016 12:12
Abdullah Gül Türkiyənin baş naziri, parlament sədri və prezidentlə görüşəcək - YENİLƏNİB

İlk xəbər 11:04-də verilib

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyənin 11-ci prezidenti Abdullah Gül ölkənin baş naziri Binəli Yıldırımla görüşəcək.

“Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, görüş Bakı vaxtı ilə 14.00-da baş tutacaq. 

Sabiq prezident, həmçinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman və Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hülusi Akarla da görüşəcək. 

Eyni zamanda, A.Gül Bakı vaxtı ilə saat 18:00-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək. 

Son xəbərlər

Orphus sistemi