Yuxarı

Bidzina İvanişvilinin yaxın tərəfdaşlarından biri Gürcü Arzusu Partiyasından istefa verib

Eka Beselia

Tbilisi. 22 fevral. REPORT.AZ/ Gürcüstanın hakim Gürcü Arzusu Partiyasından olan deputat Eka Beselia partiya sıralarını tərk edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu o, keçirdiyi brifinqdə bildirib.

E.Beselia belə bir qərar qəbul etməyin onun üçün çətin olduğunu deyib: “Bidzina İvanişvili ilə yaratdığım siyasi partiyadan gedirəm. Bu siyasi komandanı tərk etmək çətindir. Mən cəmiyyətin olduğu yerə gedirəm”.

O vurğulayıb ki, fəaliyyətini müstəqil deputat kimi davam etdirəcək və həmkarlarının növbəti qərarlarını gözləyəcək: “Daha sonra həmkarlarımla yeni müstəqil siyasi platforma yaratmaq barədə məsləhətləşmələr aparacağıq”.

Deputat qərarını parlamentdə ötən gün məhkəmələr haqqında 9 deputatın hazırladığı qanun layihəsi üzrə keçirilmiş səsvermədən sonra qəbul edib. E.Beselia layihəni hazırlayan deputatlardan biri olub.

Sənədi 45 deputat dəstəkləyib, 17-si isə əleyhinə səs verib. Qanun layihəsinin qəbul olunması üçün 76 deputatın dəstəyi tələb olunub.

Qeyd edək ki, E.Beselia ötən ilin dekabrında Gürcüstanın qanunverici orqanının Hüquq məsələləri üzrə komitəsinin sədri vəzifəsindən istefa verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi