Bidzina İvanişvili: “Tbilisidə etirazçılara qarşı gücün tətbiqi qanuni olub”

Bidzina İvanişvili: “Tbilisidə etirazçılara qarşı gücün tətbiqi qanuni olub” “Vaşinqton və Avropada heç kəsdə iyunun 20-də güc tətbiqinin qanunauyğunluğu barədə sual yoxdur”.
Region
17 İyul , 2019 13:10
Bidzina İvanişvili: “Tbilisidə etirazçılara qarşı gücün tətbiqi qanuni olub”

“Vaşinqton və Avropada heç kəsdə iyunun 20-də güc tətbiqinin qanunauyğunluğu barədə sual yoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, belə sual olsaydı, daxili işlər nazirinin məsuliyyəti barədə məsələ qalxardı: “Tbilisidə etirazçılara qarşı gücün tətbiqi legitim olub”.

B.İvanişvili deyib ki, daxili işlər naziri Giorgi Qaxarianın istefası bu gün sözün əsil mənasında vətən xainliyi olar.

O qeyd edib ki, aksiyanın dağıdılması zamanı ayrı-ayrı hallarda qeyri-proporsional güc tətbiq olunması ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi