​Bəşşar Əsədin Moskvaya hansı marşrutla getdiyi məlum olub

​Bəşşar Əsədin Moskvaya hansı marşrutla getdiyi məlum olub Onun uçuşunu "Flightradar24" qeydə alıb
Region
22 Oktyabr , 2015 10:22
​Bəşşar Əsədin Moskvaya hansı marşrutla getdiyi məlum olub

Bakı. 22 oktyabr. REPORT.AZ/ Suriyadakı rejimin başçısı Bəşşar Əsəd Rusiyaya Türkiyə ərazisindən keçmədən gedib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, B.Əsəd Moskvaya Rusiyaya məxsus təyyarə ilə uçub. Təyyarə Suriyadan İraqa, oradan İrana, sonra Xəzər dənizi-Gürcüstan marşrutu üzrə uçaraq, Moskvada enib.

Xəbərdə bildirilib ki, B.Əsədin uçuşunu "Flightradar24" da fotodakı kimi qeydə alınıb.

Qeyd edək ki, Bəşşar Əsəd 2011-ci ildən, ölkədə münaqişə başlayandan ilk dəfədir, xaricə səfər edib. 

Son xəbərlər

Orphus sistemi