Bakı. 9 fevral. REPORT.AZ/ Bəşşar Əsəd rejimi terrorçu PKK-nın Suriyadakı qollarından sayılan "YPG"-yə 4 təyyarə silah-sursat göndərib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İranın "Fars" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, fevralın 8-də gecə saatlarında Suriyanın Haseke əyalətinin Kamışlı bölgəsindəki hava limanına silah-sursat dolu 4 təyyarə enib.
Xəbərdə bildirilib ki, bu silah-sursat terrorçu İŞİD-in nəzarəti altında olan əl-Şadadi qəsəbəsinin geri alınması ilə bağlı keçiriləcək əməliyyatda istifadə ediləcək.
Silahların hansı ölkədə istehsal edildiyi haqda məlumat verilməyib.
Qeyd edək ki, Rusiya rəsmiləri çıxışlarında kürd silahlılarına silah-sursat yardımı etdiklərini dəfələrlə açıqlayıblar. ABŞ da bu qruplaşmaya silah göndərdiyini gizlətmir.