Beş dövlətin səfirləri ​Türkiyə XİN-ə çağırılıb

Beş dövlətin səfirləri ​Türkiyə XİN-ə çağırılıb Fevralın 17-də Ankarada törədilən terrorla bağlı vəziyyətin onların diqqətinə çatdırıldığı ehtimal edilir
Region
18 Fevral , 2016 16:16
Beş dövlətin səfirləri ​Türkiyə XİN-ə çağırılıb

Bakı. 18 fevral. REPORT.AZ/ Beş dövlətin Türkiyədəki səfirləri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ABŞ, Britaniya, Fransa, Rusiya və Çinin Türkiyədəki səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar.

Fevralın 17-də Ankarada törədilən terrorla bağlı vəziyyətin onların diqqətinə çatdırıldığı ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi