Beruçaşvili: Stoltenberqin səfəri NATO-nun Gürcüstana dəstəyinin nümayişidir

Beruçaşvili: Stoltenberqin səfəri NATO-nun Gürcüstana dəstəyinin nümayişidir "Rəsmi Tbilisi bundan sonra da NATO strukturlarına inteqrassiya olmaq üçün aktid addımlar atacaq"
Region
27 Avqust , 2015 03:24
Beruçaşvili: Stoltenberqin səfəri NATO-nun Gürcüstana dəstəyinin nümayişidir

Bakı. 27 avqust. REPORT.AZ/ NATO-nun baş katibinin Tbilisi səfərinə münasibət bildirən Gürcüstanın Xarici İşlər Naziri Tamara Beruçaşvili bildirib ki, ölkəsinin Şimali Atlantika Alyansı ilə əlaqələri bundan sonra daha da intensivləşəcək.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Beruçaşvili bildirib ki, rəsmi Tbilisi NATO strukturlarına inteqrasiya olmaq üçün aktiv addımlar  atacaq.

Beruçaşvili deyib: "Yens Stoltenberqin səfəri həm də NATO-nun Gürcüstana xüsusi əhəmiyyət verdiyini göstərir. Tərəflər arasında yüksək səviyyəli dialoqun davam edəcəyindən əminəm".

Qeyd edək ki, Gürcüstanda iki günlük rəsmi səfərdə olan NATO-nun baş katibi prezidenti ötən axşam Giorgi Marqvelaşvili ilə görüşüb. Bu gün isə Stoltenberqin iştirakı ilə NATO-Gürcüstan birgə Tədris və Qiymətləndirmə Mərkəzinin açılış mərasiminin keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi