Belçikada insan alverində ittiham olunan İran vətəndaşı Gürcüstanda tutulub

Belçikada insan alverində ittiham olunan İran vətəndaşı Gürcüstanda tutulub O, Gürcüstana Tehrandan Tbilisiyə uçan təyyarə ilə gedib
Region
31 Mart , 2017 13:11
Belçikada insan alverində ittiham olunan İran vətəndaşı Gürcüstanda tutulub

Bakı. 31 mart. REPORT.AZ/ Gürcüstan hüquq-mühafizə orqanının əməkdaşları Belçikada insan alverində ittiham olunan İran vətəndaşını Tbilisidə hava limanında tutublar.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə martın 31-də ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, o, Gürcüstana Tehrandan Tbilisiyə uçan təyyarə ilə gedib.

Məlumata görə, 1967-ci il təvəllüdlü adı çəkilməyən İran vətəndaşı barəsində Belçika Prokurorluğu 2015-ci ildə İnterpol xətti ilə beynəlxalq axtarış elan edib.  

Son xəbərlər

Orphus sistemi