Yuxarı

​Belçika öz vətəndaşlarına Türkiyəyə gedərkən ayıq olmağı tövsiyə edir

Turistlərdən səfəröncəsi Türkiyə haqqında xəbərləri izləmək xahiş olunur

Bakı. 29 iyun. REPORT.AZ/ Belçikanın Xarici İşlər Nazirliyi (XİN) İstanbul aeroportunda baş verən partlayışla əlaqədar vətəndaşlarına Türkiyəyə gedərkən ayıq-sayıq olmağı tövsiyə edib.

"Report"un məlumatına görə, XİN yaxın həftələrdə və aylarda ölkədə yeni terror hücumlarının ola biləcəyini istisna etmir.

Nazirliyin internet saytında yerləşdirilən səyahətçilərə tövsiyələrdə Türkiyədə olan belçikalı turistlərin aviaşirkətlə əlaqə saxlamaları və yerli hökumətin təlimatlarına əməl etmələri xahiş olunur.

"Çərşənbə axşamı "Atatürk" hava limanında olan belçikalılardan ailələrini sakitləşdirmək üçün onlarla əlaqə saxlamaları xahiş olunur", — deyə tövsiyələrdə bildirilir.

XİN, eyni zamanda turistlərdən səfəröncəsi Türkiyə ilə bağlı məlumatları və Belçika hökumətinin tövsiyələrini izləmələrini, yerlərdə isə yerli administrasiyaların təlimatlarına əməl etmələrini və insanların sıx olduğu yerlərdən uzaq durmalarını istəyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi