Belarusda parlament seçkilərində 521 namizəd iştirak edəcək

Belarusda parlament seçkilərində 521 namizəd iştirak edəcək Lidiya Yermoşina: "93 iddiaçının namizədliyi qeydə alınmayıb"
Region
12 Avqust , 2016 13:20
Belarusda parlament seçkilərində 521 namizəd iştirak edəcək

Bakı. 12 avqust. REPORT.AZ/ Belarusda keçiriləcək parlament seçkilərində deputatlığa 521 namizəd 110 yer uğrunda mübarizə aparacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.

Onun sözlərinə görə, deputatlığa namizədlər parlamentin Nümayəndələr Palatasındakı (Aşağı Palata) 110 yer uğrunda mübarizə aparacaqlar.

"521 namizəd qeydə alınıb, 93 iddiaçının namizədliyi qeydə alınmayıb. 16 nəfər isə namizədlikdən özü imtina edib", - deyə Lidiya Yermoşina deyib.

Xatırladaq ki, Belarusda parlament seçkiləri bu il sentyabrın 11-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi