Belarus XİN: "Şərq Tərəfdaşlığı"nın məqsədləri tam şəkildə həyata keçirilməyib

Belarus XİN: "Şərq Tərəfdaşlığı"nın məqsədləri tam şəkildə həyata keçirilməyib Mövcud olduğu dövrdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü bir sıra müsbət nəticələr əldə edib, lakin bir çox məqsədlər tam şəkildə həyata keçirilməyib.
Region
17 Aprel , 2019 16:02
Belarus XİN: Şərq Tərəfdaşlığının məqsədləri tam şəkildə həyata keçirilməyib

Mövcud olduğu dövrdə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" təşəbbüsü bir sıra müsbət nəticələr əldə edib, lakin bir çox məqsədlər tam şəkildə həyata keçirilməyib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Belarusun xarici işlər nazirinin müavini Yevgeni Şestakov Çexiyada keçirilən "Şərq Tərəfdaşlığı"nın 10 ili: iqtisadi konvergensiya və biznes imkanları" adlı beynəlxalq konfransda bildirib.

Nazir müavini qeyd edib ki, bu günə qədər əldə edilmiş müsbət nəticələrə baxmayaraq, "Şərq Tərəfdaşlığı"nın bir çox əsas məqsədləri hələ tam şəkildə yerinə yetirilməyib.

Onun sözlərinə görə, keçmişin dərsləri nəzərə alınaraq "Şərq Tərəfdaşlığı"nın əsas məqsədi yeni bölünmə xətlərinin yaranmasının qarşısının alınması, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin təşviq olunmasına yönəlmiş əməkdaşlıq olmalıdır.

Y.Şestakov "Şərq Tərəfdaşlığı"nın region ölkələri ilə Aİ arasında ümumi problemləri həll etməyə və nəqliyyat və qarşılıqlı əlaqələr, ticarət, iqtisadi islahatlar, insanlar arasında əlaqələr və s. sahələrdəki problemlərə reaksiya verməyə imkan yaradan praqmatik əməkdaşlıq aləti olduğunu vurğulayıb.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə Aİ tərəfindən işə salınıb. Onun əsas məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişafıdır.

Son xəbərlər

Orphus sistemi