Belarus Ukraynanın Odessa şəhərindəki baş konsulluğunu bağlayacaq

Belarus Ukraynanın Odessa şəhərindəki baş konsulluğunu bağlayacaq Belarus XİN-i bunun üçün tədbirlər görməlidir
Region
6 Yanvar , 2018 05:01
Belarus Ukraynanın Odessa şəhərindəki baş konsulluğunu bağlayacaq

Bakı. 6 yanvar. REPORT.AZ/ Belarusun Nazirlər Şurası 23 fevral 2018-ci il tarixində Ukraynanın Odessa şəhərində fəaliyyət göstərən baş konsulluğunu bağlamaq barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə məlumatı Belarus hökumətinin rəsmi saytı yayıb.

"Nazirlər Şurası Belarus prezidentinin 9 iyul 1996-cı il tarixli 247 saylı fərmanına uyğun olaraq 23 fevral 2018-ci il tarixinədək ölkənin Odessadakı baş konsulluğunu bağlamaq barədə qərar qəbul edib", — deyə bəyanatda bildirilir.

Qeyd olunur ki, indi Belarusun Xarici İşlər Nazirliyi baş konsulluğun bağlanması ilə bağlı tədbirlər görməlidir.

Son xəbərlər

Orphus sistemi