Aleksandr Lukaşenko: "​Belarusda Rusiya aviabazasının yerləşdirilməsi haqda danışıqlar aparılmayıb"

Aleksandr Lukaşenko: "​Belarusda Rusiya aviabazasının yerləşdirilməsi haqda danışıqlar aparılmayıb" Belarus müxalifəti ölkə ərazisində Rusiya hərbi bazasının yaradılması ilə bağlı qərarı pisləyərək, Minskdə etiraz aksiyası keçirib
Region
7 Oktyabr , 2015 10:41
Aleksandr Lukaşenko: ​Belarusda Rusiya aviabazasının yerləşdirilməsi haqda danışıqlar aparılmayıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Belarus ərazisində Rusiya aviabazasının yerləşdirliməsi haqda heç vaxt danışıqlar aparılmayıb".

"Report" "Belta" agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə jurnalistlərin sualına cavabında bildirib.

Xatırladaq ki, bu günlərdə Rusiya prezidenti Vladimir Putin ölkəsinin Belarusda hərbi aviabazasının yaradılması haqda müqavilənin imzalanması ilə bağlı tapşırıq verdiyinə dair "TASS" xəbər yaymışdı.

Oktyabrın 4-də  isə Belarus müxalifəti ölkə ərazisində Rusiya hərbi bazasının yaradılması ilə bağlı qərarı pisləyərək, Minskdə etiraz aksiyası keçirib. 

Son xəbərlər

Orphus sistemi