Belarus Prezidentinin Rusiyaya səfərinin tarixi açıqlanıb

Belarus Prezidentinin Rusiyaya səfərinin tarixi açıqlanıb Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko dekabrın 25-də Moskvada görüşəcək.
Region
14 Dekabr , 2018 19:25
Belarus Prezidentinin Rusiyaya səfərinin tarixi açıqlanıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko dekabrın 25-də Moskvada görüşəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl Aleksandr Lukaşenko Moskvada müzakirə edəcəyi başlıca mövzunu açıqlayıb. Onun rusiyalı həmkarı ilə təbii qazın qiymətinin aşağı salınmasını müzakirə edəcəyi gözlənilir.

Belarus Prezidenti Rusiyadan təbii qazın min kubmetrinin 70 dollara satılmasını istəyir. O, müqavilələrin icra olunmasını istədiklərini vurğulayıb.

Xatırladaq ki, hazırda Belarus Rusiyadan min kubmetr qazı 129 dollara alır.

Son xəbərlər

Orphus sistemi